“Muğanbank”ın maliyyə vəziyyəti məlum olub. FED.az xəbər verir ki, bankın cari ilin 9 ayında aktivləri 558 milyon 549 min manat təşkil edib. Bu ötən ilin yekunu ilə müqayisədə 2 milyon 351 min manat və ya 0,41% azdır.
Bankın öhdəlikləri bu ilin yanvar-sentyabr aylarında 473 milyon 375 min manat təşkil edib ki, bu ötən ilin yekunu ilə müqayisədə 3 milyon 731 min manat və ya 0,79% çoxdur.
“Muöanbank”ın cəmi kapitalı ötən ilin sonu ilə müqayisədə 6 milyon 083 min manat və ya 6,66% azalaraq 85 milyon 173 min manat təşkil edib.
Eləcə də bax:“Bank Avrasiya” biznes kreditlərini azaldıb - İSTEHLAK KREDİTLƏRİNİ ARTIRIB
Müştərilərə verilən kreditlər və depozitlər azalıb
Bankın müştərilərə verdiyi kreditlər azalıb. Belə ki, ötən ilin sonunda 360 milyon 676 min manat kredit verən bank bu ilin 9 ayında bu göstəricisini 14 milyon 345 min manat və ya 3,98% azaldıb. Nəticədə bank müştərilərinə 346 milyon 330 min manat kredit verib.
Həmçinin banka qoyulan depozitlər də azalıb. Belə ki, 2018-ci ilin yekunu ilə müqayisədə banka qoyulan depozitlərin məbləği 20 milyon 169 min manat və ya 7,19% azalaraq 260 milyon 181min manat təşkil edib.
Bankın faiz gəlirləri 14 milyon 660 min manat və ya 34,90% azalaraq 27 milyon 344 min manat olub.
Faiz xərcləri isə 19 milyon 419 min manat olub ki, bu da ötən ilin yekunu ilə müqayisədə 3 milyon 084 min manat və ya 18,88% çoxdur.
Bankın xalis faiz gəliri 7 milyon 925 min manat olub. “Muğanbank”ın qeyri – faiz gəliri 2 milyon 615 min manat və ya 14,09% azalaraq 15 milyon 941 min manat enib.
Bankın qeyri-faiz xərcləri isə bu ilin 9 ayında 20 milyon 880 min manat olub ki, bu da ötən ilin yekunu ilə müqayisədə 6 milyon 527 min manat və ya 23,81% azdır.
Son nəticədə “Muğanbank”ın əməliyyat mənfəəti 2 milyon 986 min manat olub. Lakin bank məqsədli ehtiyatlara 11 milyon 240 min manat ayırdığından yekun nəticədə bu ilin 9 ayını 8 milyon 254 min manat zərərlə bağlayıb.