“Rabitəbank”ın maliyyə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr ayının nəticələrinə görə, bankın cəmi aktivləri 653 milyon 732 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 426 min manat və ya 0,36% azdır. İllin əvvəli ilə müqayisədə isə bankın aktivləri 118 milyon 380 min manat və ya 15,33% azalıb.
Hesabat dövründə bankın öhdəlikləri 12 milyon 896 min manat və ya 2,26% azalaraq 556 milyon 272 min manat olub.
Eləcə də bax:Daha bir bankın vəziyyəti - MƏLUM OLDU - HESABAT
Bank bu il müştərilərinə 365 milyon 487 min manat kredit verib ki, bu da ötən ilin sonu ilə müqayisədə 47 milyon 723 min manat və ya 15% çoxdur.
Bu ilin 9 ayının nəticələrinə görə, bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 824 min manat və ya 18,42% artaraq 30 milyon 999 min manat, qeyri-fazi gəlirləri isə 39 min manat və ya 0,54% azalaraq 7 milyon 159 min manat təşkil edib.
“Rabitəbank”ın faiz xərcləri azalıb, qeyri-faiz xərcləri isə artıb. Belə ki, ötən ilin 9 ayı ilə müqayisəfə bu il bankın faiz-xərcləri 2 milyon 226 min manat və ya 22% azalaraq 7 milyon 885 min manat, qeyri-faiz xərcləri isə 2 milyon 861 min manat və ya 16,93% artaraq 19 milyon 754 min manat təşkil edib.
Bu ilin yanvar-sentyabr dövrünün nəticələrinə görə, bankın əməliyyat mənfəəti 10 milyon 519 min manat təşkil edib. Bankın məqsədli ehtiyatlara ayrımaları 2 milyon 898 min manat təşkil edib ki, nəticədə də bank bu ilin 9 ayını 7 milyon 621 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur. Xatırladaq ki, “Rabitəbank” 2018-ci ilin 9 ayını 476 min manat xalis mənfəət ilə bağlamışdı.
9 ay ərzində “Rabitəbank”ın gəlirləri 38 milyon 159 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% çox, xərcləri isə 27 milyon 639 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% çoxdur.