Azərbaycanda daha bir bank BOKT-a çevrilir. Söhbət lisenziyası ləğv edilən“Parabank”dan gedir. Məlumata görə, bankdan bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib. Palata bunun üçün bankdan öhdəliklərini tam yerinə yetirməyi tələb edib.
Mənbədən bildirilib ki, “Parabank”ın dekabr ayının sonuna depozitlərlə bağlı və digər öhdəliklərini yekunlaşdıracağı gözlənilir. Daha sonra bankın BOKT-a çevrilməsi baş tutacaq. Bunun üçün 10 milyon manat həcmində istiqraz emissiyası da həyata keçiriləcək.
Fins©