Rusiya Mərkəzi Bankı bu gündən “UN-Bank”ın bank əməliyyatlarının həyata keçirilməsi üçün lisenziyasını ləğv edib.
FED.az xəbər verir ki, cari ilin 1 noyabr tarixinə “UN-Bank” aktivlərinin həcminə görə bank sektorunda 239-cu yerdə olub.
Qeyd olunur ki, tənzimləyici son 12 ayda 5 dəfə banka qarşı nəzarət xarakterli tədbirlər həyata keçirib, o cümlədən 2 dəfə əhalidən əmanətlərin cəlb olunmasına məhdudiyyətlər tətbiq edib. Buna baxmayaraq bank yenə də bu məhdudiyyətləri pozub.