Çinin bank sistemi ilk dəfə olaraq Avrozonanın bank sistemini qabaqlayaraq dünyanın ən nəhəngi adını qazanıb. Bu barədə "Financial Times" qəzeti öz hesablamalarına istinadən yazır.
Qəzetin iddiasına görə, bu, 2016-cı ilin sonunda üstələdiyi vaxt baş verib. Halbuki Çin iqtisadiyyatı Avrozonanın ÜDM-ni hələ 2011-ci ildə üstələyib. Bildirilir ki, 2016-cı ilin sonuna Çinin bank sektorunun aktivləri 33 trln. dollar təşkil edib ki, bu da Avrozonanın müvafiq göstəricisindən 2 trln. dollar çoxdur. Qeyd edək ki, ABŞ banklarının məcmu aktivlərinin həcmi 16 trln. dollardır.
Əlavə edək ki, Çinin bank sektorunun aktivləri ÜDM-dən 3,1 dəfə çoxdur. Avrozonada bu göstərici 2,8 təşkil edir.