ABŞ-nin Rusiyaya yardım edən qurumlara qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyini bəyan etməsindən sonra Çinin dövlət bankları rusiyalı müştərilərinin maliyyələşdirilməsinə məhdudiyyətləri sərtləşdirməyə başlayıb.
FED.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Çinin azı iki bankı bu yaxınlarda Rusiya biznesinin araşdırılmasına başlayıb. Burada söhbət xüsusilə transsərhəd əməliyyatlarından gedir.
Agentliyin məlumatına görə, Çin bankları sanksiya siyahısında olan müştərilərlə əlaqələri kəsəcək və əməliyyatların yerindən asılı olmayaraq Rusiya hərbi sektoruna hər hansı maliyyə xidmətləri göstərməyi dayandıracaq.
Bundan başqa, müəssisələrin, səlahiyyətli benefisiarların Rusiyada qeydiyyatda olub-olmadığı da yoxlanılır. (Report)