“AtaBank” ASC-nin İdarə Heyəti sədri Dəyanət Quliyevin vəzifəsindən azad edildiyi bildirilir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Audit Komitəsinin sədri Dadaşov Miryaqub Mirdadaş oğlu və üzvi olan Səfərov Elvin Tahir oğlu da vəzifəsifələrini tərk ediblər.
Eləcə də bax: «Bank BTB»dən ixtisarlar və filialların bağlanması ilə bağlı - AÇIQLAMA
Bundan öncə “AtaBank” sədrinin müavini vəzifəsində çalışan Hüseynov Rauf Qəhrəman oğlu dövlət kapitallı səhmdar cəmiyyətə transfer olub.
D.Quliyev, 2016-cı ilin iyun ayında səhmdarların qərarı ilə Bankın İdarə Heyətinin sədri təyin edilmişdi.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, "AtaBank"da ciddi problemlər olduğunu və bunun səbəbinin Bankın rəhbərliyi tərəfindən çox riskli bir neçə iri layihəyə kredit ayırması olduğunu qeyd etmişdi.
Eləcə də bax: «Mən demədim «Atabank» bağlanacaq» - ELMAN RÜSTƏMOVUN AÇIQLAMASI – TAM MƏTN
"AtaBank" barədə qərar tezliklə Maliyyə Sabitliyi Şurasında veriləcək.