«ASB Bank» bu ilin ilk 9 ayının nəticələrinə açıqlayıb.
FED.az bankın rəsmi hesabatına əsasən məlumat verir ki, bu ilin 9 ay ərzində ASB Bank faiz gəlirləri keçən ilin sonuna olan göstəriciləri ilə müqayisədə 2,5 % azalaraq 17,9 mln manat, faiz xərcləri 4,6 % artaraq 9,9 mln manat,qeyri-faiz gəliri 23,6 % azalaraq 6,2 mln manat, qeyri-faiz xərcləri 12,3% azalaraq 7,7 mln manat təşkil edib.
Oktyabrın 1-nə Bankın aktivləri 941,9 mln manat olub ki, bu da ilin sonu ilə müqayisədə 19,7 % çoxdur. Bunun 303,2 mln manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda ASB Bankın kredit portfelində 2 % artım müşahidə olunub.
Verilmiş kreditlərin 56 %-i sənaye sahəsinə verilmiş kreditlər,24 %-i ticarət və xidmət sahələrinə verilmiş kreditlər, 6%-i şəxsi məqsədlər üçün fiziki şəxslərə verilmiş kreditlər , 14%-isə digər sahələr üzrə verilmiş kreditlər təşkil edib.
Problemli kreditlərin ümumi kredit portfelindəki payı 27,5 % təşkil edib.
Hesabat tarixinə ASB Bankın öhdəlikləri 21,2 % artaraq 851,8 mln manat təşkil edib.
Bunun 609,5 mln manatı müştərilərdən alınmış depozitlərdir. Son 9 ayda ASB Bankın depozit portfelində 40,9 % artım müşahidə olunub.fiziki şəxslərin depozitlərinin payı 59 %, hüquqi şəxslərin depozitlərinin payı isə 41 % təşkil edib
ASB Bankın kapitalı ilin sonuna olan göstərici ilə müqayisədə 6,1 % artaraq 90 mln manat təşkil edib.
Çətin dövrdə depozit portfelini 40% artırıb – BANKDAN HESABAT
13:41
31 Okt 2017