Xəbər verildiyi kimi, Azərbaycanda yeni kredit skorinq xidməti istifadəyə verilib. Azərbaycan Kredit Bürosunun (AKB) məlumatına görə, proqnozlaşdırma gücü kifayət qədər yüksək olan (Gini əmsalı - 66.3) bu model AKB ilə Türkiyənin “Kredi Kayıt Bürosu”nun (KKB) birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Yeni xidmət AKB-də kredit tarixçəsi olan şəxslər barədə məlumatların təhlilinə əsasən borcalanların davranışlarını müəyyən edəcək və əldə edilən nəticələr əsasında fərdi reytinqlərin verilməsini həyata keçirir.
Bu xidmətdən istifadə edən təşkilatlar borcalanın keçmiş kredit məlumatlarına əsasən onun gələcək defolt ehtimalını hesablayıb, yeni kredit əldə etməsinə uyğunluğunu müəyyən edə biləcəklər. Yeni xidmətlə bağlı FED.az-ın suallarını Azərbaycan Kredit Bürosunun (AKB) baş direktoru Elçin Həbibov cavablandırıb.