Qiymətli kağızlar bazarı aktivləşir. FED.az xəbər verir ki, bu kontekstdə reytinq agentliklərinin yaradılması məsələsi gündəmə gəlir.
Həlli vacib olan bu problemi isə Paşa Holdinq şirkətinin icraçı direktoru Cəlal Qasımov qaldırdı. Onun sözlərinə görə, bazarda real dəyərləndirməni təqdim edəcək reytinq agentlikləri yoxdur.
Suala cavab olaraq Palata nümayəndələri və ASK sədri Məmməd Musayev milli reytinq agentliklərinin yaradılması ilə bağlı müzakirələr aparıldığını və bu sahədə xarici təcrübənin öyrənildiyini vurğuladılar.
Cəlal Qasımov: "Ölkədə milli reytinq agentlikləri yoxdur"
12:26
6 Mart 2018