“Visa” Beynəlxallq ödəmə sistemi Azərbaycanda çay pulunun nağdsız köçürmələri xidmətini istfadəyə verməyi planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə “Visa”nın müştəri məhsulları departamentinin direktoru Roman Qorbenko məlumat verib.
Eləcə də bax: Üzük ilə ödəmə sistemi - AZƏRBAYCANA GƏTİRİLİR
“Bu xidmət hesabına “Visa” kartlarının istifadəçiləri sifarişin ödənişi zamanı çay pulu saxlaya biləcəklər. Ümumi ödəniş (hesab+çay pulu - İF) bir ödənişlə hesabdan çıxılır. Xidmət artıq Moskvada işə salınıb, biz bunu bütün MDB və Cənub-Şərqi Avropa regionu, xüsusilə Azərbaycada istifadəyə verməyi planlaşdırırıq”, - Qorbenko Bakıda keçirilən “VISA Cashless Forum”un da bildirib.
Qorbenkonun sözlərinə görə, çay pulu ofisiantın şəxsi elektron cuzdanına yönəldilir. “Çay pulunu nadsız üsulla əldə etmək üçün ofisiantlar öz banklarının şəxsi kabinetlərində “çay pulu”xidmətinə qoşula bilərlər və yaradılan elektron cuzdana öz bank kartlarını birləşdirə bilərlər. Bu xidmətlədən istifadə zamanı dələduzluğun istisna olunması məqsədilə çay pulunu yalnız sifarişin məbləğindən müəyyən faiz şəklində saxlamaq mümkündür, müştəri terminalda təkliflərdən birini seçir, maksimal hədd 20%-dir ”, - o əlavə edib.
İnterfaks