Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Pərakəndə Biznes İnzibatçısı Cavid Mirzəyev bankın 2025-ci ilin ilk 9 ayı üzrə müştəri mərkəzli fəaliyyətində əldə etdiyi nailiyyətləri ilə bağlı özünün sosial media hesabında paylaşıb.
FED.AZ xəbər verir ki, paylaşımda C.Mirzəyev bankçılıqda uğurun təkcə artan mənfəət olmadığını, əsas komponentin birmənalı olaraq müştəri məmnuniyyəti olduğunu vurğulayıb.
Açıqlanan 9 aylıq nəticələrə əsasən, Kapital Bank Müştəri Məmnuniyyəti (CSAT) göstəricisini 90%-ə, Xidmət keyfiyyəti (SQR) nəticəsini isə 93.2%-ə yüksəldib. Bank xidmət sürəti ilə müştərilərin zamanına dəyər verdiyini nümayiş etdirir. Belə ki, müraciətlərin 87%-i elə ilk cəhddəcə həll olunur və şikayətlərin həllinə ortalama cəmi 1.4 iş günü sərf edilir. Əlavə olaraq, aktiv müştəriyə düşən şikayət nisbəti 1.1%, şikayətlərin 5 iş günü ərzində həll olunma nisbəti isə 95.34% təşkil edir.
Həmçinin, C.Mirzəyev bütün bu rəqəmlər və mükafatların komandanın fəaliyyətinin uğurlu nəticəsi olduğunu bildirib: “Bir sözlə keyfiyyətlə etimad, etimadla loyallıq qazanırıq. Əlbəttə, bu rəqəmlər və mükafatlar əsl qəhrəmanların, komandamızın fəaliyyətinin nəticəsidir. Bizi zirvələrə daşıyan, hər gün eyni həvəslə çalışan bütün həmkarlarıma təşəkkür edirəm!”