Əgər sizin bank kartınız və ya bank hesabınız yoxdursa və sizə bank vasitəsilə pul göndərmək istəyirlərsə, narahat olmağa əsas yoxdur. Çünki bu zaman sizin köməyinizə bankların təqdim etdiyi Cash by Code xidməti çatacaq.
Cash by Code nədir?
«Cash by code»- tez, rahat və təhlükəsiz şəkildə günün istənilən vaxtında kart sahibi tərəfindən kartdan pul vəsaitlərinin bankomat vasitəsi ilə köçürülməsi və bank kartı olmayan şəxs tərəfindən həmin vəsaitlərin əldə edilməsidir.
Əgər siz bu xidmətdən pul göndərmək üçün yararlanmaq istəyirsinizsə,
- Bankomata yaxınlaşırsınız,
- Kartınızı daxil edirsiniz
- Bankomatın menyusundan «Cash by Code» – «Pul göndər» xidməti seçirsiniz
- Pul göndərmək istədiyiniz şəxsin mobil nömrəsini və köçürmənin məbləğini daxil edirsiniz.
Əgər siz bu xidmət vasitəsilə pul alan tərəfsinizsə,
- ATM-in sağ yuxarı düyməsinə basırsınız
- Birinci sizə pulu göndərən şəxsin verdiyi kodu, daha sonra isə sizə SMS olaraq gələn kodu daxil edirsiniz
- Bankomatda yalnız gözlənilən məbləği daxil etdikdən sonra vəsaiti əldə edə bilərsiniz.
Məlumatlar düzgün olduğu halda bankomat sizə müvafiq məbləği verəcəkdir. Unutmayın ki, sizə təqdim edilən kod sadəcə 24 saat qüvvədə olacaqdır.
Cash by Code üzrə bankların müəyyən etdiyi maksimal məbləğ, vəsaitin valyutası və komissyon haqları bir-birindən fərqlənir. Komissyon haqlarına əsasən köçürmə, nağdlaşdırma və konvertasiya üzrə komissyon haqları daxildir.
Cash by Code xidməti göstərən bankları təqdim edirik.
Cədvəldə bankların öz bankomatlarından edilən Cash by Code əməliyyatı üzrə tariflər qeyd olunmuşdur. Göstərilən qiymətlər Debet kartları ilə edilən əməliyyatlara aiddir.
Bank |
Məbləğ limiti |
Köçürmə haqqı |
Accessbank |
5 - 200 AZN |
1% - min. 1 AZN |
AFB Bank |
10 -500 AZN |
1,5% - min. 1,6 AZN |
AGBank |
1.000 AZN |
0.3% - min. 0,5 AZN |
Amrahbank |
10 - 1.000 |
0,5%, - min. 0,5 AZN |
Atabank |
Limit yoxdur |
0.1% |
Bank Avrasiya |
Limit yoxdur |
0% |
Bank BTB |
1000 AZN |
1,5% - min. 0,45 AZN |
Bank of Baku |
5-1000 AZN | 0,5% - min 1 AZN |
Bank Respublika |
1.000 AZN |
1% - min. 0,2 AZN |
Bank Silk Way |
Limit yoxdur |
0,4% - min. 1 AZN |
Beynəlxalq Bank |
10-1.000 AZN |
1,15% |
Expressbank* |
1.000 AZN |
1% |
Kapital Bank |
1.000 AZN |
1% - min. 1 AZN |
Muğanbank |
Limit yoxdur |
1% - min.1,3 AZN |
NBC Bank |
Limit yoxdur |
1,5% - min.1 AZN |
Nikoil Bank |
Limit yoxdur |
1,5% - min. 2,50 AZN |
Rabitəbank |
5.000 AZN |
1,5% - min. 2 AZN |
Turanbank |
5.000 AZN |
1% |
VTB Bank |
1.000 USD ekvivalenti |
1.5%, min. 2 AZN |
Xalq Bank |
500 AZN |
1% |
- Expressbank - vasitəsilə köçürəcəyiniz maksimal məbləğ limiti kartın növündən və risk qrupundan asılı olaraq dəyişir. Karların növ və risk qrupları üzrə bölgüsü.
Köçürmə zamanı tutulan faiz dərəcəsi başqa bankın bankomatlarında köçürülmə zamanı dəyişə bilər.