Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın gəlirləri azalıb. FED.az bankların cari ilin yanvar-mart aylarına olan maliyyə hesabatlarına istinadən xəbər verir ki, gəlirləri azalan banklar "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı, "AFB Bank", "Atabank", "Azər-Türk Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Gəlirləri ən çox azalalan Pakistan Milli Bankının Bakı filialıdır(56%). Ən az azalma isə Yapı Kredi Bankda olub( 4.6%).
Digər bankların isə gəlirləri artıb. Ən çox artım “Bank VTB Azərbaycanda qeydə alınıb 5 dəfə artım olub.
Eləcə də bax: “Unibank” səhmdarlarının yığılma səbəbi - MƏLUM OLDU