Camal Paşayev “Premium Bank” ASC-nin Müşahidə Şurasına üzv seçilib.
Eləcə də bax: «Premium Bank»ın kredit portfeli - 24 MİLYON MANAT AZALIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bankın səhmdarlarının qərarı ilə bu gerçəkləşib.
Camal Adil oğlu Paşayev bundan öncə “Premium Bank”ın hüquq departamentində hüquqşunas vəzifəsində çalışmışdır.
Qeyd edək ki, bundan öncə Əlyəddin Quliyev Xeyirbəy oğlu “Premium Bank” ASC-nin M.Ş.-nı tərk etmişdi.
Hazırda bankın Müşahidə Şurasına Elçin Əhmədov sədrlik edir, Gülbəniz Ağayeva şuranın üzvüdür. G.Ağayeva M.Ş.-na yeni seçilib. O, bu vəzifədə Rəşad Gülmalıyevi əvəz etmişdi.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154 milyon manatdır. Bankın səhmlərinin 84.48%-i Zərifə Həmzəyevaya, 15.22%-i “VIP Aviation Services” MMC-yə, 0.31%-i isə Elvira Əhmədovaya məxsusdur.
Kоmmersiya bankının ali оrqanı sayılan Müşahidə Şurası hər il aşağıdakı məsələlərin həll оlunması üçün çağırılan səhmdarların ümumi yığıncağından ibarətdir: nizamnaməyə və nizamnamə kapitalına dəyişikliklərin edilməsi, bankın İdarə Heyəti sədrinin seçilməsi, illik fəaliyyət nəticələrinin təsdiq edilməsi, bankın gəlirlərinin bölüşdürülməsi, bankdan asılı müəssisələrin yaradılması və ləğv edilməsi və bankın fəaliyyətinin bəzi digər mühüm məsələləri.
Müşahidə Şurası nümayəndələrindən ibarət olan ümumi yığıncaq bankın sədrini təyin edir. Onun üzərinə bankın idarə edilməsi öhdəliyi qoyulur.