Son bir ildə «Gilan Holding»ə məxsus olan «AFBank»ın kredit portfeli kiçilib. FED.az xəbər verir ki, 2018-ci ilin 3-cü rübünün sonunda bankın kreitlər 206 mln 461 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,10% azdır. Bank bu göstəriciyə görə, ölkə banklarının renkinqində 30 bank arasında 14-cü yerdədir.
Eləcə də bax: Ən çox kredit verən banklar məlum oldu - REYTİNQ
Amma bankın vaxtı keçmiş kreditləri də yüksəkdir – 75,25 mln manat və ya kredit portfelində xüsusi çəkisi 36,45%.
Ümidsiz aktivləri 72 milyon manatdır
Ümumilikdə AFB bankın qeyri-standart kreditləri cəmi 79 mln 522,4 min manatdır. Bu məbləğin də kredit portfelində xüsusi çəkisi 38,52%-dir.
Bu məbləğin hər bir kateqoriya üzrə bölgüsü və kredit portfelində xüsusi çəkisi aşağıdakı kimi olub:
Qeyri-qənaətbəxş aktivlərin məbləği 5 mln 448,7 min manat və ya 2,64%,
Təhlükəli aktivlərin məbləği 2 mln 079,6 min manat və ya 1,01%,
Ümidsiz aktivlərin məbləği 71 mln 994,1 min manat və ya 34,87% olub.
Eləcə də bax: 60 milyon manat ümidsiz krediti var – BANK HESABATI
Kredit portfelinin regionlar üzrə bölgüsü
Kredit portfelinin regionlar üzrə bölgüsünə gəldikdə, qeyd edək ki, ABF bank ölkədə nair banklardandır ki, demək olar bütün rayon və şəhərlərdə kredit verib. Bankın kreditləri ümumən 56 şəhər və rayonu rayonu əhatə edir. Ən çox kredit Bakı şəhəri - 186 mln 355 min manat və ya ümumi kredit portfelinin 90,26% və Sumqayıt şəhəri - 3 mln 665 min manat və ya 1,78% olub. Bölgələrdən isə Şəmkir, Naxçıvan və əlbəttə ki, Qəbələni qeyd etmək olar.
Ən çox kredit verilən bölgələr bunlardır:
Şəmkir 2 mln 734 min manat və ya 1,32%,
Naxçıvan şəhəri 2 mln 190 min manat və ya 1,06%,
Qəbələ 2 mln 171 min manat və ya 1,05%,
Abşeron 1 mln 10 min manat və ya 0,49%,
Lənkəran 797 min manat və ya 0,39%,
Gəncə şəhəri 638 min manat və ya 0,31% ,
İmişli 392 min manat və ya 0,20% ,
Cəlilabad 296 min manat və ya 0,14%.
AFB Bank ən yüksək faizlə kreditləri Ağsu və Qobustanda ayırıb. Bu rayonlarda orta faiz dərəcəsi uyğun olaraq illik 17,40% və 17,17% olub.
Regionlar üzrə problemli kreditlərin ümumi məbləğdə xüsusi çəkisi
Regionlar üzrə problemli kreditlərin xüsusi çəkisi 26 mln 862 min manat olub.
Ən çox problemli kredit Bakı şəhərinə məxsusdur 25 mln 80 min manat və ya 93,36%-dir.
Digər regionlar üzrə problemli kreditlərin bölgüsü aşağıdakı kimidir:
Sumqayıt şəhəri 904 min manat və ya 3,37%,
Lənkəran 187 min manat və ya 0,70%,
Gəncə şəhəri 105 min manat və ya 0,39%,
Naxçıvan şəhəri 82 min manat və ya 0,31%,
Abşeron 72 min manat və ya 0,27%,
Qəbələ 58 min manat və ya 0,22% təşkil edir.
«AFBank»ın məlumatlarından aydın olur ki, hələlik ən problemli bölgə titulu Samux rayonuna məxsusdur. Bu rayona verilən 28,8 min manat kreditin cəmi 9,1 min manatı qaytarılıb, 19,7 min manatı və ya 68%-i vaxtı keçmiş kreditdir.
Kredit portfelinin iqtisadiyyatın sahələri üzrə bölgüsü
AFBAnkın kreditlərinin 179 mln 516 min manatı və ya 86,95%-i milli valyuta ilə qalan, 26 mln 944 min manatı və ya 13,05%-i isə xarici valyuta ilə verilib.
İqtisadiyyatın sahələri üzrə verilən kreditlərin böyük hissəsi istehlak və ipoteka kreditlərinə (49 mln 872 min manat və ya 27,78%) və kənd təsərrüfatına (48 mln 855 min manat və ya 27,21%) verilib.
İqtisadiyyatın digər sahələri üçün verilən kreditlərin bölgüsü aşağdakı kimi olub:
Ticarət sahəsi 30 mln 434 min manat və ya 16,95%,
Sənayenin digər sahələri 25 mln 286 min manat və ya 14,09%,
Emal sənayesi 19 mln 706 mi manat və ya 10,98%,
Tikinti sahəsinə verilən kreditlər 4 mln 202 min manat və ya 2,34%,
İnformasiya və Rabitə 844 min manat və ya 0,47%,
Digər qeyri-istehsal və xidmət sahələri 248 min manat və ya 0,14%,
Nəqliyyat sahəsinə verilən kreditlər 69 min manat və ya 0,04% olub.
Bütün rayonlarda krediti var, çətinliklə yığır – BANK HESABATI
13:26
20 Noy 2018