Azərbaycan bankları 2022-ci ilin 2-ci rübünün nəticələrini açıqlayıblar.
Azərbaycan bankları 2-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – TAM SİYAHI - YENİLƏNİB
FED.az bankların nəticələrini təqdim edir.
Xatiırladaq ki, hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir.
Yarım ilin nəticəsi olaraq 24 bank mənfəət, 2 bank zərər açıqlayıb.
Ən böyük mənfəət əldə edən banklar - Azərbaycan Beynəlxalq Bankı (ABB) – 118,4 milyon manat, «KapitalBank» - 127 milyon manat, «Bank Respublika» - 12.5 milyon manat, «Paşa Bank» - 64,8 milyon manatdır.
«Bank of Baku» - 18,5 milyon manat, «Xalq Bank» -11,8 milyon manat, «AFB Bank» - 8,7 milyon manat mənfəət əldə edib.
Ən kiçik mənfəəti "Premium Bank" - 78 min manat və "Gunay Bank" - 88 min manat - açıqlayıb.
2 bank zərər açıqlayıb – “Bank BTB” ilk yarım ili 5,3 milyon manat, Pakistan Milli Bankının Bakı filialı 271 min manat zərərlə bağlayıb.