Pakistan Milli Bankının Bakı filialı 2021-ci ilin 9 ayını 228,34 min manat xalis zərər ilə başa vurub.
Eləcə də bax: Azərbaycan bankları 3-cü rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI
FED.az xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə filialın cəmi əməliyyat gəlirləri 274,49 min manat, cəmi əməliyyat xərcləri 514,9 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 240,40 min manat təşkil edib. Eyni zamanda, ehtiyatdan 12 min manat azad olub və əməliyyat zərərini azaldıb.
Filialın gəlirlərinin 262 min manatı qiymətli kağızlara investisiyalar üzrədir.
30 Sentyabr 2021-ci il tarixində Pakistan Milli Bankının Bakı filialı 9 milyon 652 min manat cəmi aktivlərə, o cümlədən 840 min manat kredit portfelinə malik olub. Aktivlərin 3 milyon 292 min manatını isə qiymətli kağızlara investisiyalar təşkil edib. (Marja)