Tunis hökuməti ölkədə sudan istifadəyə məhdudiyyətlər qoyub
FED.az xəbər verir ki, ölkədəki su qıtlığına görə, içməli suyun bəzi sahələrdə istifadəsinə məhdudiyyət qoyulur.
Su qıtlığından əziyyət çəkən Tunis içməli su üçün kvota sistemi tətbiq edib və quraqlıq səbəbindən içməli suyun kənd təsərrüfatında istifadəsini qadağan edib.
«Reuters»in ölkənin Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, məhdudiyyət sentyabrın 30-dək qüvvədədir.
Qadağa həmçinin avtomobillərin yuyulması, yaşıllıqların sulanması, küçələrin və ictimai yerlərin təmizlənməsi üçün içməli sudan istifadəyə də şamil edilir. Qanunu pozanları cərimə və altı gündən altı aya qədər həbs gözləyir.
Qeyd edək ki, Tunis dördüncü ildir ki, şiddətli quraqlıqdan əziyyət çəkir. 2022-ci ilin sentyabrından 2023-cü ilin martına qədər yağan nadir yağışlar səbəbindən ölkədə içməli su təchizatı maksimum dəyərinin 30 faizinə qədər azalıb. Bəzi şəhərlərdə içməli suyun istehlakını azaltmaq üçün martın sonunda gecə saatlarında su içməyə qadağa qoyulub.