Expressbank nağdsız hesablaşmaların həcminin artırılması məqsədilə müştəriləri motivasiya etməkdə davam edir.
Belə ki, Expressbank-ın Mastercard kartı ilə Bravo mağazalar şəbəkəsində ilin sonunadək ödəniş edən müştəri Lexus UX və ya iPhone XS qazanma şansını avtomatik olaraq əldə edir. Bravo-da Mastercard ilə aparılan hər tranzaksiya 1 şans, hər təmassız tranzaksiya isə 10 şans qazandıracaq.
Ödəniş qəbzinin Bravo supermarketlərində müştəri xidmətləri masasına göstərildiyi təqdirdə, müştəri xidmətləri masasındakı təyin edilmiş şəxs iştirakçıya iştirak barədə ərizəni doldurmaq üçün ona təqdim edəcəkdir. Qaliblər hər ay təşkil olunan çəkilişlərdə müəyyən olunacaqdır.
Qeyd etmək istərdik ki, Expressbank-ın plastik kartlarına sahib olmaq üçün istənilən yaxın filiala və ya //www.exb.az/cards/universal/ linkində onlayn sifariş formasnı doldurmaq mümkündür. Kart 3 iş günü ərzində, və ya, təcili sifariş olduqda 1 iş günü ərzində hazır olur.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.