2018-ci il Azərbaycanın bank sektoru və problemli banklar üçün həlledici olacaq.
FED.az xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, Strateji Yol Xəritəsinə əsasən, kapital problemi olan bankların restrukturizasiyasıbu il bitməlidir. «Prezident tərəfindən 6 dekabr 2016-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən 2018-ci ilin sonunadək Maliyyə Bazarlarına Nəzarət Palatası "kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası"nı bitirməlidir. Yəni Palata belə bankların "satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s." tədbirlərlə həmin bankları sağlamlaşdırmalıdır. Deməli, əks halda, onlar bazarı tərk etməlidir. Odur ki, bu gün başlamış növbəti bank ili problemli banklar üçün həlledici olmalıdır...»
Bu il problemli banklar üçün sonuncu ildir
10:38
4 Yan 2018