"Azərbaycanın bank sektorunda kifayət qədər likvidlik var".
FED.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.
Onun sözlərinə görə, likvidliyin təmin edilməsi üçün Azərbaycan Mərkəzi Bankına bu il ərzində banklardan müraciət daxil olmayıb: "Likvidlik kifayət qədər olduğundan buna ehtiyac olmayıb".