Azərbaycanda bu ilin birinci yarısının sonuna olan vəziyyətə görə depozit portfelində fiziki şəxslərin vəsitlərinin ən çox artdığı 5 bank məlum olub.
Depozit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı fiziki şəxslərin depozitlərinin dinamikası üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə, «AFB Bank»dakı fiziki şəxslərin depozitləri ilin əvvəlindən bəri 104,9 milyon manat (91,8%) artaraq 219 milyon manata yüksəlib.
Əhalinin «VTB Bank»dakı depozitlərinin həcmində də ciddi artım müşahidə edilib. Belə ki, ötən ilin sonunda 75,3 milyon manat olan fiziki şəxslərin depozitləri bu ilin birinci yarısının sonunda 99,2 milyon manata çatıb, - yəni 24 milyon manat (31,9%) artıb.
Fiziki şəxslərin depozitlərinin həcmi «Bank of Baku»da 159,3 milyon manat (23,8%) artaraq 828,6 milyon manata, «Ziraat Bank Azərbaycan»da 42,9 milyon manat (22,3%) artaraq 234,8 milyon manata çatıb.
Siyahının beşinci yerində 309 milyon manatlıq fiziki şəxslərin depozitləri ilə «Expressbank» dayanıb. Bu da, 2025-ci ilin sonundakı 259,7 milyon manatlıq depozitlərdən 49,3 milyon manat (19%) çoxdur.















