2017-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 43 mlrd. 389,9 mln. manata çatıb.
FED.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4459,1 manat təşkil edib.
Bu dövr ərzində gəlirlərin 84,8%-i (36 mlrd. 794,6 mln. manat) son istehlak xərclərinə, 8,5%-i (3 mlrd. 688,1 mln. manat) vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (781,018 mln. manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,9%-i (2 mlrd. 216,1 mln. manat) isə yığıma yönəldilib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 39 mlrd. 692,4 mln. manatlıq vəsait qalıb.