Bu il dollar qarşısında ən çox möhkəmlənən valyuta məlum olub.
FED.az Bloomberg-ə istinadən xəbər verir ki, bu ilin əvvəlindən dollara qarşısında ən çox və yüksək artım termpi ilə möhkəmlənən milli valyuta Ukrayna qrivnası olub. Qrivna ilin əvvəlindən dollar qarşısında 19% möhkəmlənə bilib.
Eləcə də bax:Çinin valyuta ehtiyatları - 3 TRİLYON DOLLARI ÖTÜB
Siyahıya həmçinin Rusiya rublu, Misir funtu, Tayland batı və İsrail şekeli də daxil edilib.
Ekspertlər hesab edir ki, qrivnanın möhkəmlənməsi bu ölkədən işçi axının qarşısını alır. Mütəxəssislər həmçinin bildirirlər ki, son 3 ildə Ukrayna ilə Polaş arasında əməkhaqları fərqi 3 dəfəyə yaxın azalıb.
Eləcə də bax:"Deutsche Bank": Avro hər kəsin - SAHİB OLMAQ İSTƏDİYİ VALYUTA DEYİL
Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən Azərbaycan manatının məzənnəsi dollara nisbətdə stabil qalıb. İlin əvvəlində 1 dollar 1,7 manat olduğu kimi ilin sonunda da eyni məzənnə olaraq qalıb.