2024-cü ilin dekabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 milyard 807,7 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici noyabrın 1-nə olan dövr ilə müqayisədə 288,8 milyon manat və ya 11,5%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 471,1 milyon manat və ya 20,2% çoxdur.
2023-cü ilin dekabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 milyard 336,6 milyon manat olub.
2024-cü ilin 1 noyabr vəziyyətinə bu göstərici 2 milyard 518,9 milyon manat təşkil edib.