2024-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 milyard 232,7 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici sentyabrın 1-nə olan dövr ilə müqayisədə 183,9 milyon manat və ya 9%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 329,6 milyon manat və ya 17,3% çoxdur.
2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 1 milyard 903,1 milyon manat olub.
Bu ilin 1 sentyabr vəziyyətinə bu göstərici 2 milyard 48,8 milyon manat təşkil edib.