İstehlak tələbinin komponentlərindən biri olan ev təsərrüfatlarına verilən kreditlərdə artım olub.
FED.az Mərkəzi Bankın açıqladığı statistikaya əsasən xəbər verir ki, bu ilin 8 ayı ərzində banklar tərəfindən ev təsərrüfatlarına verilən kreditlərin məbləği 6 milyard manatdan çox olub.
Eləcə də bax: Əhalinin banklara kredit borclarının artması sürətlənib – BİR AYDA 170 MİLYON MANAT
Belə ki, bu ilin yanvar-avqust aylarında 6091.6 mln manat ev təsərrüfatlarına kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1113,9 mln manat və ya 22,2% çoxdur.
İyul ayına olan göstərici ilə müqayisədə isə avqustda bu sahəyə verilən kreditlərin məbləği 153,3 mln manat və ya 2,58% çox olub.