Bu gündən etibarən Azərbaycanda ləğv prosesində olan banklarda kreditor tələbinin ödənilməsinə başlanılıb.
FED.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, ləğv prosesində olan “Atrabank”, “Royalbank”, “Kredobank”, “Zaminbank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, “Bank Standard”, “Yunayted Kredit Bank”, “Texnikabank”, “Dəmirbank” və “Gəncəbank”da fiziki şəxslərin 17 min manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə oktyabrın 16-dan “Kapitalbank” vasitəsilə başlanılıb.
Kreditor tələbinin ödənilməsi nağdsız qaydada həyata keçirilir.
Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslər “Kapitalbank”ın aşağıda təqdim olunan siyahı üzrə filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət edə bilər. Bankın filial şəbəkəsinin siyahısı ilə bu linkdən tanış olmaq mümkündür.
Apa