29 iyun Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmovun ad günüdür.
Eləcə də bax: Elman Rüstəmov Mərkəzi Bankın sədri - TƏYİN EDİLİB - SƏRƏNCAM
FED.az xəbər verir ki, Elman Rüstəmovun bu gün 68 yaşı olur. AMB-sədri Elman Rüstəmov 1952-ci ildə 29 iyun tarixində Cəbrayıl rayonunda anadan olub.
Elman Rüstəmov kimdir?
- 1952-ci ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
- 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlamışdır.
- 1974-cü ildən 1975-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
- 1975-ci ildən 1978-ci ilədək aspiranturada oxumuşdur.
- 1978-ci ildən 1980-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud istehsalat birliyində iqtisadiyyat idarəsinin rəisi vəzifəsində işləmişdir.
- 1980-ci ildən 1990-cı ilədək Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışmışdır.
- 1986-cı ildən iqtisad elmləri namizədidir.
- 1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil almışdır.
- 1991-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləmişdir.
- 1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
- 1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
- 2000-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
- 2005-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
- 2010-cu ilin aprelində 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilmişdir. Dünya Bankının Azərbaycan üzrə sədridir.
- 2011-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində Dünya İqtisadiyyatı ixtisası üzrə İqtisadiyyat Elmləri doktoru dərəcəsini almışdır.
- 2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
- 2015-ci ilin aprelində 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilmişdir.
- 2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
- 2020-ci ilin aprel ayında 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilmişdir.
- Ailəlidir. 3 övladı var.