Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
FED.az xəbər verir ki, bunlar "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Silk Vey", "Muğan Bank", "Naxçıvan Bank" və "NBC Bank"dır.
Digər 23 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 4-də investisiyaların məbləği 200 milyon manardan çoxdur. Bunlar "PAŞA Bank" (1 131,26 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 130,076 milyon manat), "Kapital Bank" (433,921 milyon manat) və "Xalq Bank"dır (224,878 milyon manat).
Qiymətli kağızlara investisiyaların məbləği 11 bankda 10-100 milyon manat arasında, 8 bankda isə 10 milyon manatdan da azdır.