Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın nizamnamə kapitalı 200 milyon manatdan çoxdur.
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 241,287 milyon manat), "PAŞA Bank" (333 milyon manat), "Bank VTB Azərbaycan" (315,815 milyon manat), "Nikoyl Bank" (296 milyon manat), "Xalq Bank" (225,079 milyon manat) və "Kapital Bank"dır (205,85 milyon manat).
Qalan 24 bankdan 7-də nizamnamə kapitalı 100-200 milyon manat arasında, 12 bankda 50-100 milyon manat arasında, 3 bankda 50 milyon manat, 2 bankda - "Amrah Bank"da və Pakistan Milli Bankının Bakı filialında isə 50 milyon manatdan da azdır.
ELƏCƏ DƏ BAX: Azərbaycanda 10 bankın nizamnamə kapitalı artıb - SİYAHI