Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il oktyabrın 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin məbləğini ayrıca açıqlayıb ki, bunlardan da 3-də sözügedən göstərici 50 milyon manatdan çoxdur.
FED.az xəbər verir ki, bunlar "Kapital Bank" (322,633 milyon manat), "Access Bank" (64,099 milyon manat) və "AFB Bank"dır (51,272 milyon manat).
Qalan 19 bankdan 13-nün nağd vəsaitləri 10 - 50 milyon manat arasında, 6 bankın nağd vəsaitləri isə 10 milyon manatdan azdır. Nağd vəsaitləri ən az olan bank ölkədə ən kiçik bank sayılan Pakistan Milli Bankının Bakı filialıdır. Filialın nağd vəsaitləri cəmi 436 min manatdır.
Nağd vəsaitlərinin məbləğini açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır.