2017-ci ildə Rusiyada əksər dövlət bankları korperativ və timbildinq xərclərini artırıblar. FED.az Rusiya mediasına istinadən xəbər verir ki, bankların hesabatlarına görə,əyləncələrə 1.8 milyard rubl(23.5 milyon dollar) xərclənib. Siyahıya böyük fərqlə Sberbank liderlik edir. Sberbankın əsas xərcləri idman olimpiadasının keçirilməsinə, Hind yoqasında iştiraka və digər əyləncələrə xərclənib.
2017-ci ildə “Sberbank” bankın idman olimpiadasının keçirilməsinə 1.7 milyard rubl xərcləyib. Bu Rusiya Mərkəzi Bankın hesabatında da yer alıb. Korporativ əyləncələrə “Qazprombank” 120 milyon rubl, “VTB Bank” isə 80 milyondan çox pul xərcləyiblər.
2017-ci ildə Sberbankın menecerlərinin qarşısında Hind yoqa ustası Sadxquru çıxış edib. Onun mühazirəsi Liderliyin transformasiyası adı altında olub. Filosofa sualları Sberbankın rəhbəri şəxsən özü də verib. Qerman Oskaroviçin sualı sabahkı gündən qorxmamaq və çətin vəziyyətlərdə sakitliyi qorumaq barədə olub.
Sberbank 2017-ci ildə isə Kazan şəhərində bank işçiləri üçün olimpiada da keçirib. Bu yarışmada 11 bankdan 1800-dən çox bank əməkdaşı iştirak edib. Bu sayca bankın 12-ci olimpiadası olub.
Dövlət banklarının yeni il şənlikləri də olduqca dəbdəbəli keçirilib. Belə ki, bankların yeni il şənliklərinə Rusiyanın məşhur ifaçıları və qrupları qatılıblar.
Maraqlıdır ki, kapital çatışmamazlığına görə Bank “Otkrıtiya” özəl bankdan dövlət bankına çevrilməsinə baxmayaraq idman və əyləncə tədbirlərinə 16 milyon rubl xərcləyib (fins.az).