Bu ilin 9 ay ərzində Pakistan Milli Bankının Bakı filialının faiz gəlirləri keçən ilin sonuna olan göstəriciləri ilə müqayisədə 11,5 % artaraq 617 min manat, faiz xərcləri 68,9 % artaraq 2 min manat, təşkil etmişdir.
FED.az bankın hesabatına əsasən xəbər verir ki, bu dövrdə bankın qeyri-faiz gəliri 112,6 % azalaraq, 57,37 min azn gəlirdən 7,2 min manat zərər, qeyri-faiz xərcləri 6% azalaraq 721 min manat təşkil edib.
Oktyabrın 1-nə Bankın Bakı filialının aktivləri 11 mln manat olub ki, bu da ilin sonu ilə müqayisədə 1,7% azdır. Bunun 1,4 mln manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Pakistan bankının kredit portfeli 23,1% kiçilib.
Verilmiş kreditlərin 51,4 %-i sənaye sahəsinə verilmiş kreditlər,46,2 %-i ticarət və xidmət sahələrinə verilmiş kreditlər,2,3 %-i isə şəxsi məqsədlər üçün fiziki şəxslərə verilmiş kreditlər təşkil edib.
Problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 30,4 faiz bəndi artaraq 100%-ə çatıb.
Hesabat tarixinə Pakistan bankının öhdəlikləri 9,4 % azalaraq 858 min manat təşkil edib.
Bunun 564 min manatı müştərilərdən alınmış depozitlərdir. Son 9 ayda Bakı filialının depozit portfeli 15,5 % kiçilib. O cümlədən fiziki şəxslərin depozitləri 16,3% azalaraq 276 min manata, hüquqi şəxslərin depozitləri isə 14,8% azalaraq 288 min manata düşüb.
9 ay ərzində Pakistan bankının balans kapitalı 1 % azalaraq 10,2 mln manat olub. Bakı filialının nizamnamə kapitalı isə dəyişməyərək 9,4 milyon manat qalıb.
Bu bankda problemli kreditlər 100%-ə çatıb – HESABAT
11:44
30 Okt 2017