- Hesablar barədə məlumatın əldə edilməsi;
- Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;
- Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;
- Kartların bloklaşdırılması və blokdan çıxarılması;
- “SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;
- Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;
- Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;
- Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;
- Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;
- Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.
Bankın müştəriləri üçün “IBAm”-a qoşulma və istifadə tamamilə pulsuzdur. Bu xidmətə qoşulmuş müştərilər, 3 ay ərzində bankdakı mövcud cari hesablara və kartlara, həmçinin respublikadaxili bir çox bankların kartlarına köçürmələri də heç bir komissiya ödəmədən həyata keçirə biləcəklər.
IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər:
Yükləmə linkləri:
Google Play-https://www.play.google.com/store/apps/details?id=iba.mobilbank
AppStore: https://www.itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8