“DəmirBank” yeni rəqəmsal əlaqə kanallarını müştərilərin istifadəsinə təqdim edib.
Bankdan FED.az-a daxil olan məlumata görə, belə xidmətlərdən biri də Bankın rəsmi WhatsApp hesabının istifadəyə verilməsidir. Belə ki, “DəmirBank” müştəriləri bundan sonra bir sıra xidmətlər üçün filiala yaxınlaşmadan Whatsapp vasitəsilə Banka müraciət edə bilərlər.
Məlumatda bildirilir ki, xidmət həftə içi hər günlər saat 09:00 – 18:00 arası aktivdir. Müştərilər bank xidmət və məhsulları ilə bağlı suallarını yaza və ya plastik kart, kredit və kredit xəttini online sifariş edə bilər.
Qeyd edilir ki, xidmətdən yararlanmaq üçün WhatsApp üzərindən +994050 2252149 nömrəsinə müraciət etmək lazımdır.
Bu bank WhatsApp vasitəsilə kredit verəcək
16:20
8 Noy 2017