"Kapital Bank" təhsil işçiləri üçün "Payız fürsəti" adlı stimullaşdırıcı lotereya keçirib.
Bankdan bildiriblər ki, lotereyanın ikinci tirajında da 255 təhsil işçisi müxtəlif pul mükafatları, 1 nəfər isə əsas hədiyyə olan 3000 manatı qazanıb. Qaliblərin siyahısı bankın saytında qeyd olunub.
Şərtlərə görə, "Kapital Bank" kartları ilə məvacib alan təhsil işçiləri 2 oktyabr–30 noyabr 2017-ci il tarixlərində bankın bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirərək avtomatik olaraq lotereyanın iştirakçısına çevrilirdilər.