Filial şəbəkəsinin optimallaşdırılması layihəsinə əsasən Bank “BTB” ASC Sumqayıt şəhərində yeni “Sumqayıt” filialını açdı. Yeni satış nöqtəsi Sumqayıt səhəri, 3-cü məhəllə, Azadlıq küçəsi 7, 6/21 ünvanında yerləşir.
Bank “BTB”-nin “Sumqayıt” filialında müştərilərə geniş bank xidmətləri təklif ediləcək. Burada müştərilər hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və sair ödənişlər, lombard və ipoteka kreditləri, valyuta mübadiləsi və digər bank xidmətlərini təklif olunacaq. Müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumatları filialda çalışan peşəkar mütəxəssislərdən ala biləcəklər. “Sumqayıt” filialı müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri imkanlara malikdir.