Azərbaycan Beynəlxalq Bankı daşınmaz əmlakının icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və nəqliyyat vasitələrinin icbari və könüllü sığortası xidmətlərinin satın alınması məqsədi ilə açıq tender elan edib.
FED.az banka istinadən xəbər verir ki, tender 2 lotdan ibarətdir. Hər lot üzrə iştirak haqqı 100 manat təşkil edir. İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvandan ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri 22 noyabr 2017-ci il saat 17:00 tarixə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 28 noyabr 2017-ci il saat 17.00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.
Əlaqələndirici şəxs: Emin İbrahimov, telefon: 012 4930091, daxili 2700, 2703, elektron poçt ünvanı: [email protected]
Bu bank sığortaçı axtarır
11:58
8 Noy 2017