Plastik kartlara bazarındakı rəqabət bankları kartları pulsuz paylamağa vadar edib.
FED.az xəbər verir ki, Kapital Bank, müştərilərə ödənişsiz olaraq kartlar təklif etməyə başlayıb. İndi müştərilər hesaba minimum 20 AZN ilkin mədaxil etməklə 2 illik Visa kartı əldə edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən istifadə edə bilər.
Hazırda dövriyyədə Kapital Bank-ın 3 milyona yaxın ödəniş kartı var, bunların böyük hissəsi pensiya və əmək haqqı kartlarıdır. Bu kartları Kapital Bank-ın ölkə üzrə 600-dək bankomatı və 9000-dək POS terminalı vasitəsilə istifadə etmək olar.
Bu bank pulsuz kart paylayır
10:17
7 Noy 2017