Ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişlənməsinə daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı plastik kartlarla bağlı yeni endirim kampaniyasına başlayıb. Kampaniya 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə keçirilir. 14 noyabrdan 30 noyabra qədər davam edəcək kampaniya çərçivəsində VİSA Gold və MasterCard Gold kartlarını bankdan cəmi 10 AZN-ə almaq olar.
Bundan başqa, 14 – 17 noyabr tarixləri arasında VİSA/MC Platinum, AMEX Green kartları müştərilərə 50%, VİSA Gold Prime, VİSA Platinum Prime, VİSA İnfinite, MasterCard World Elite, AMEX Gold, AMEX Platinum kartları isə 40% endirimlə təklif edilir.
Azərbaycan Beynəlxalq Bankı hazırda ən çox sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq edən Azərbaycan bankıdır. Çoxsaylı beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir. Ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan Azərbaycan Beynəlxalq Bankı nağdsız əməliyyatlar sahəsində də liderlərdəndir. Bankın plastik kartlarını bu linkdən onlayn sifariş etmək mümkündür.
Bu bank premium kartlara 50%-dək endirim edir
10:55
14 Noy 2017