“Bank VTB (Azerbaijan)” ASC korporativ sayt vasitəsi ilə depozit hesabının onlayn sifariş funksiyasını tətbiq edib.
Yeni xidmət bütün tələb olunan sənədlərin hazırlanmasına ayrılan vaxta qənaət etməyə imkan verərək əmanət hesabı açmaq istəyən müştərinin maksimal dərəcədə rahatlığını təmin edir.
Depozit hesabının açılmasını sifariş etmək üçün müştəriyə Bankın saytına daxil olaraq "Depozitin onlayn sifarişi" bölməsini seçib, açılan ərizəni doldurmaq kifayət edir. Sifarişi qəbul etdikdən sonra Bankın əməkdaşı sifarişçi ilə əlaqə saxlayıb bankın ofisinə gəlib tələb olunan sənədləri imzalamaq üçün müştəriyə uyğun vaxt təyin edir. Bundan başqa, müştəri depozitin aylıq hesablanan faizlərini plastik kart vasitəsi ilə almaq istəyirsə, əlavə olaraq pulsuz plastik kart da onlayn rejimdə sifariş edə bilər. Beləliklə, banka gəldikdə müştəri operativ şəkildə depozitini yerləşdirib, eləcə də depozit plastik kartı əldə edə bilər.
Bank “Sərfəli”, “Universal” və “Sərbəst” depozitləri üzrə xüsüsi şərtlər təklif edir. Seçilmiş depozitdən asılı olaraq maksimal faiz dərəcəsi illik 12% təşkil edir və hesabı manat, rubl və ya dollarda açmaq olar.