"Bank BTB" ASC nizamnamə kapitalını 66,45 mln. manata çatdırıb.
Bankdan verilən məlumata görə, nizamnamə kapitalının artırılması "Bank BTB" tərəfindən səhmlərin emissiya edilməsi hesabına mümkün olub. Ümumi məbləği 14,45 mln. manat, hər birinin nominal dəyəri 1000 manat olan 14 450 ədəd adi, adlı, sənədsiz səhminin yerləşdirilməsi artıq başa çatıb və 13 dekabr 2017-ci il tarixlə emissiya yekunları haqqında hesabat dövlət qeydiyyatına alınıb.