“Bank Respublika” ASC nağd pul kreditinin verilməsi şərtlərini asanlaşdırıb. Söhbət müştərilər üçün minimum əmək haqqı tələbinin ləğv edilməsindən gedir.
Bundan əlavə, kredit üzrə illik faiz dərəcəsi 2% azaldılaraq 26%-ə endirilib. Kreditin maksimal müddəti 2 il, maksimal məbləği isə 10 min manatdır. 5 min manata qədər borc zaminsiz verilə bilər.
“Bank Respublika”dan kredit almağın vacib üstünlüyü bir sıra xidmətlərin paket qismində pulsuz təqdim olunmasındadır. Kredit alanlara avtomatik olaraq bank məhsullarını banka gəlmədən idarə etməyə imkan verən “Mobil Şöbə” və “İnternet Şöbə” xidmətləri hədiyyə olunur.
“Bank Respublika”nın yenilənmiş kredit məhsullarının şərtləri ilə daha ətraflı www.bankrespublika.az saytının müvafiq bölümlərində tanış olmaq, eyni zamanda saytdan krediti onlayn rejimdə sifariş etmək olar.