“Atabank” ASC-nin “MasterCard” plastik kartının sahibləri Bakının bir çox xidmət və satış obyektlərində güzəştlər əldə edə bilərlər.
“Priceless Specials” proqramına əsasən, müştərilərə kafe və restoranlar, parfümeriya, sağlamlıq, mebel və ev aksesuarları, gül butikləri və digər sektorlarda 20%-ə qədər endirimlər təqdim edilir.
Belə ki, “MasterCard” ödəniş edən kart sahibləri avtomatik imtiyazlardan istifadə edə bilir.
Priceless Specials” proqramı sizə daha çox üstünlüklər və yeni imkanlar təqdim etməyə davam edəcək. Kampaniya haqqında ətraflı məlumatı www.mastercard.az saytında əldə etmək olar.