“Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankı olan Azərbaycan Beynəlxalq Bankında adi ipoteka kreditlərinin şərtləri asanlaşıb.
FED.az banka istinadən xəbər verir ki, kreditlərin illik faiz dərəcəsi 7%-ə, ilkin ödəniş şərti isə 20%-ə qədər azaldılıb. İpoteka kreditləri manatla, yalnız Azərbaycan vətəndaşlarına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınması məqsədilə verilir. Kreditin maksimal məbləği 150.000 manat, müddəti 25 ildir.
İpoteka krediti almaq üçün müştərilər https://e-gov.az portalı vasitəsilə əvvəlcədən qeydiyyatdan keçərək, müraciət üçün seçdikləri müvəkkil bankda növbəyə yazıla bilərlər. Azərbaycan Beynəlxalq Bankında ipoteka kreditlərinin rəsmiləşdirilməsi bankın Səbail filialında (Bakı şəhəri, Tolstoy küçəsi - 191) həyata keçirilir.
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Bu bank ipoteka kreditlərinin şərtlərini asanlaşdırdı
11:17
13 Noy 2017