Unibank-dan ipoteka kreditlərini daha aşağı faizlə əldə etmək mümkündür. Hazırda Unibank-a müraciət edənlər 150.000 manatadək dövlət ipoteka kreditlərini illik cəmi 7%-lə götürə bilərlər.
FED.az banka istinadən xəbər verir ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun fəal müvəkkil bankları sırasındadır. Bank bir müddət əvvəl “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayıb və Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzillərin də ipoteka kreditləri ilə satışında Unibank iştirak edir.
Unibank-ın ipoteka müştəriləri kredit ödənişlərini banka gəlmədən, öz telefonlarında həyata keçirə bilirlər. Bunun üçün öz smartfonlarından Unibank Mobile əlavəsinə daxil olaraq, “hökumət ödənişləri” bölümünü seçmək lazımdır.
Bu bank illik 7%-lə 150 min azn-dək ipoteka krediti verir
16:02
14 Noy 2017