“Kapital Bank” ASC sadiq müştəriləri üçün “Birlik Klubu” layihəsini təqdim edib.
Artıq Bankın kredit müştəriləri “Birlik Klubu”na qoşulmaqla bir sıra güzəştlərdən yararlanmaq imkanı əldə edirlər.
Kluba üzv olan müştərilərə xüsusi üzvlük kartları təqdim edilir. Kartın növündən asılı olaraq müştərilərin aylıq kredit ödənişlərindən müəyyən məbləği bonus şəklində karta geri qaytarılır. Kredit komissiyasına endirim, illik faiz dərəcəsinə güzəşt tətbiq olunur. Həmçinin? kreditin ödəniş vaxtına 12 ayadək əlavə müddət əldə etmək mümkündür.
Klub üzvlərinin qazanacağı imtiyazlar bununla yekunlaşmır. Banka aid digər faydalı təkliflər də təqdim olunacaq. “Birlik klubu”na qoşulmaq üçün "Kapital Bank"ın istənilən filialına yaxınlaşmaq kifayətdir.