“Bank of Baku” ASC güzəştli kredit kampaniyasına başlayıb. Belə ki, “Dostlar klubu” üzvlərinə özəl olaraq start verilən yeni kredit kampaniyası çərçivəsində Bankın dostları 10 000 manatadək nağd pul kreditini 3% endirimlə əldə edə biləcəklər.
Bununla yanaşı, Bankın dostlarına aylıq ödənişlərinə 3 ay möhlət imkanı da təqdim edilir.
Yəni, "Dostlar klubu"nun üzvləri 2018-ci ilə düşən ödəniş aylarından istənilən 3 ayı seçib, həmin aylar üzrə əsas borc məbləği ödənişindən azad olunaraq, sadəcə faiz məbləğini ödəyəcəklər. Məsələn, klub üzvü yay mövsümündə məzuniyyətə çıxmağı planlaşdırırsa, həmin aylar üzrə əsas borc ödənişi üçün möhlət istəyə və ancaq faiz ödənişini həyata keçirə bilər.
Dostlara özəl kredit kampaniyası zamanı həmçinin əmək haqqı tələbi vergilər daxil minimum 185 manat, ödəniş müddəti:36 ayadək, maaş kartı digər banklarda olan şəxslərə kredit almaq imkanı, məbləğdən və gəlirdən asılı olaraq zaminsiz kreditləşmə kimi digər güzəştlər də təqdim olunur.
Bununla yanaşı bildirilir ki, kredit üzrə rəsmiləşdirmə komissiyası "Dostlar klubu" kartının növündən asılı olaraq 0% təşkil edə bilər.
Qeyd edək ki, kampaniya 15 yanvar 2018-ci il tarixinədək keçərlidir.